45 yaşlı amerikalı qadın məşhur generativ süni intellekt tərəfindən yaradılan nömrələri oynadıqdan sonra nəhəng uduşları ilə tanınan “Powerball” lotereyasında 100 min dollar (85.000 avro) qazanıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, sözügedən qadın “ChatGPT”dən “Powerball” nömrələrinin birləşməsini istəyib və süni zəka da ona adekvat nömrələr təklif edib: "Mən yalnız cekpot böyük olduqda və 1 milyard dollardan çox olanda “Powerball” oynayıram, ona görə də bilet aldım. Qazanan nömrələri yoxlayanda gördüm ki, dörd ağ top və “Powerball” uyğun gəlir və bir şey qazandığımı bilirdim. “Google” mənə 50 min dollar dedi, ona görə də udduğumu düşündüm. Miçiqan Lotereya hesabıma daxil olana qədər “Power Play”i biletimə əlavə etdiyimi və əslində 100 min dollar udduğumu başa düşdüm. Həyat yoldaşım və mən buna inana bilmədik".
Bu cekpotla 40 yaşlı qadın evinin pulunu ödəyəcəyini, həmçinin qənaət üçün nəzərdə tutulan bir qədər pulu kənara qoyacağını bildirib.
Bununla belə, “Michigan Lottery” oyunçulara xəbərdarlıq edib: “Bütün lotereya tirajlarının nəticələri təsadüfi olur və süni intellekt və ya digər nömrə yaradan vasitələrdən istifadə etməklə proqnozlaşdırıla bilməz".
Aydın Baxış