• Bakı 20° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Mahmud Abbas Qəzzada atəşkəslə bağlı çağırış edib

DÜNYA

20 Oktyabr 2025 | 09:05

Mahmud Abbas Qəzzada atəşkəslə bağlı çağırış edib

Fələstin prezidenti Mahmud Abbas Qəzzada atəşkəsin daimi olması və ABŞ prezidenti Donald Trampın atəşkəs planının ilk mərhələsinə tam riayət edilməsinə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, BMT rəsmisi Tom Fletçer ilə Ramallahda görüşündə Fələstin dövlətinin beynəlxalq tərəfdaşlarla birgə Qəzzada sabitliyin bərpasına hazır olduğunu bəyan edib.

Abbas vurğulayıb ki, yenidənqurma prosesi və humanitar yardım səyləri Fələstin rəhbərliyinin nəzarəti altında həyata keçirilməlidir.

Görüş zamanı Fletçer də bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılması üçün Fələstin qurumları ilə əməkdaşlığın vacibliyini qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Oktyabr 2025