• Bakı 19° C

    15 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Tramp: Danışıqlar davam edir

DÜNYA

20 Sentyabr 2025 | 09:42

Tramp: Danışıqlar davam edir

ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı Beqram Hava Bazasının geri alınması üçün danışıqların davam etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Oval kabinetdə jurnalistlərə Bayden administrasiyasının bazanı səbəbsiz tərk etdiyini və bunun “bacarıqsızlıq” olduğunu deyib.

Tramp Beqramın strateji əhəmiyyətini vurğulayaraq bildirib:

“Oradan imtina etmək üçün heç bir səbəb yox idi”.

Keçmiş prezident bazanı geri aldıqları təqdirdə burada kiçik bir ABŞ hərbi qüvvəsi yerləşdirmək niyyətində olduqlarını bildirib.

O, Beqramdan heç vaxt vaz keçilməməli olduğunu xüsusi qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Sentyabr 2025