• Bakı C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Putin-Tramp görüşündə təxribat olacaq - Siyarto

DÜNYA

19 Oktyabr 2025 | 23:16

Putin-Tramp görüşündə təxribat olacaq - Siyarto

Bəzi Avropa Birliyi siyasətçiləri Budapeştdə keçirilməsi planlaşdırılan Rusiya və ABŞ Prezidentləri sammitini pozmaq üçün təxribatlara əl atacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

O vurğulayıb ki, Avropa liderlərinin marağı sülh deyil, münaqişənin davam etdirilməsidir.

Nazir buna görə də sammitin baş tutmaması üçün yaxın həftələrdə və ya günlərdə müxtəlif təşəbbüslərin ola biləcəyini istisna etməyib.

Həmçinin qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orban Avropada Rusiya və ABŞ Prezidentləri ilə yaxın əlaqələr qura bilən yeganə siyasətçi olaraq qalır və görüşün Budapeştdə keçirilməsi məhz bu səbəbdəndir./Globalinfo


SON XƏBƏRLƏR

08 Dekabr 2025