• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

ABŞ narkotik daşıyan daha bir gəmini məhv etdi

DÜNYA

19 Oktyabr 2025 | 23:08 | Müəllif: Subhan Mahmudov

ABŞ narkotik daşıyan daha bir gəmini məhv etdi

ABŞ qüvvələri beynəlxalq sularda kolumbiyalı üsyançı qrup “Milli Azadlıq Ordusu” (ELN) tərəfindən narkotik maddələrin daşınması üçün istifadə edilən gəmini məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset deyib.

O bildirib ki, oktyabrın 17-də ABŞ hərbçiləri prezident Donald Trampın göstərişi ilə ELN ilə əlaqəli kiçik gəmiyə zərbələr endiriblər.

Pentaqonun rəhbərinin sözlərinə görə, ABŞ gəminin əhəmiyyətli narkotik yükünün qanunsuz daşınması üçün istifadə edildiyini göstərən kəşfiyyat məlumatı alıb.

Əməliyyat zamanı gəmidə 3 narkoterrorçu olub, onların hamısı öldürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026