• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Türkiyə XİN-dən Kiprdəki seçkilərlə bağlı - BƏYANAT

DÜNYA

19 Oktyabr 2025 | 23:17 | Müəllif: Subhan Mahmudov

Türkiyə XİN-dən Kiprdəki seçkilərlə bağlı - BƏYANAT

Türkiyə Xarici İşlər Nazirliyi Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, rəsmi Ankara ilkin nəticələrə görə ŞKTR Prezidenti seçilən Tufan Erhürmanı təbrik edib.

"Kiprli türklərin azad və suveren iradəsini, ŞKTR-dəki dövlət ənənəsini və demokratiya mədəniyyətini əks etdirən bu seçkilərin kiprli türklər və bütün ada üçün xeyirli olmasını arzu edirik.

Türkiyə tarixi, hüquqi və humanitar məsuliyyətləri çərçivəsində, adanın reallıqlarına uyğun şəkildə kiprli türklərin əmin-amanlığı, rifahı və inkişafı üçün göstərilən səylərə töhfə verməyə davam edəcək” - XİN-in bəyanatında vurğulanıb.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026