• Bakı 25° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Brüssel hava limanı kiberhücuma məruz qaldı

DÜNYA

20 Sentyabr 2025 | 09:41

Brüssel hava limanı kiberhücuma məruz qaldı

Brüssel Zaventem Beynəlxalq Hava Limanı kiberhücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hava limanının administrasiyası məlumat yayıb.

Məlumata görə, kiberhücum səbəbindən əməliyyatlarda fasilələr yaranıb. 

"Cümə günü axşam qeydiyyat və təyyarəyə minmə sisteminin provayderinə kiberhücum baş verib və bu, Avropanın bir neçə hava limanına, o cümlədən Brüssel hava limanına təsir edib. Hazırda araşdırma aparılır. Xidmət provayderi problemin həlli üçün fəal işləyir və onu mümkün qədər tez həll etməyi hədəfləyir", - məlumatda deyilir.

Hazırda sərnişinlərin qeydiyyatı əl ilə aparılır.

Zaventem Hava Limanının rəhbərliyi hadisənin reyslərin gecikməsinə və ləğv edilməsinə səbəb olacağını bildirib.

Sərnişinlərdən uçuş statuslarını əvvəlcədən yoxlamaları və yola düşmələri təsdiqlənərsə, hava limanına məlumat vermələri xahiş olunub.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026