• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanda kanal rəhbəri həbs edildi

HADİSƏ

20 Avqust 2025 | 21:38 | Müəllif: Gülşən Şərif

Azərbaycanda kanal rəhbəri həbs edildi

 İnstaqramda özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən Səxavət Hüseynov polisin həyata keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə S.Hüseynova inzibati qaydada 20 sutka həbs cəzası təyin edilib.

Qeyd edək ki, Səxavət Hüseynov barəsində Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədin şikayəti əsasında Nəsimi Polis İdarəsində araşdırma aparılıb. R.Məmməd bu barədə sosial şəbəkədə paylaşım edərək özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən şəxsin onu təhqir etdiyini və bu barədə DİN-in "102" qaynar xəttinə şikayət etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026