• Bakı 24° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Brakonyerlik edən şəxslər saxlanılıblar

HADİSƏ

19 Sentyabr 2025 | 10:16

Brakonyerlik edən şəxslər saxlanılıblar

Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan əvvəllər məhkum olunmuş V.İbadov və F.Qafarov saxlanılıblar.

Baxış zamanı həmin şəxslərdən 65 ədəd müxtəlif növ balıq, ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

18 Sentyabr 2025