• Bakı 18° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Qusarda avtomobil kanala aşıb - 5 nəfər..

HADİSƏ

18 Oktyabr 2025 | 15:52

Qusarda avtomobil kanala aşıb - 5 nəfər..

Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qusar -Şahdağ avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Renault" markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025