• Bakı C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Azərbaycan-Ermənistan sərhədində baş verən yanğın söndürülüb

HADİSƏ

16 Noyabr 2025 | 23:30

Azərbaycan-Ermənistan sərhədində baş verən yanğın söndürülüb

Azərbaycan-Ermənistan sərhədində, Gədəbəy rayonunun İsalı, Dördlər, Novoivanovka, Mormor və Göyəmli kəndlərinə yaxın neytral ərazidə bir neçə gündür davam edən yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları yanğının baş verdiyi əraziyə cəlb etmək mümkün olmayıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin və bölməsinin canlı qüvvəsi tərəfindən söndürülüb.


SON XƏBƏRLƏR

16 Dekabr 2025