Sabunçu rayonunda evdən oğurluq edilib.
Bakıvaxtı.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 8000 dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talanmasını bildirib. Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



