Ayı kişiyə hücüm edərək onu yaralayıb.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə ronunun Qonaqkənd qəsəbəsində baş verib.
Vladimirovka kənd sakini, 36 yaşlı Azər İskəndərov xırdabuynuzlu heyvanları yayalaqda otararkən yırtıcı heyvanın hücumuna məruz qalıb. Ayı onu yerə yıxıb və xəsarət yetirib. Sürüdə olan itlərin ayıya hücumundan sonra vəhşi heyvan oradan uzaqlaşıb.
Müxtəlif bədən xəsarətləri alan kənd sakini Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Daha ətraflı videomaterialı təqdim edirik.