• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Ağcabədidə zəncirvari yol qəzası olub, ölən var

HADİSƏ

16 Noyabr 2025 | 19:09

Ağcabədidə zəncirvari yol qəzası olub, ölən var

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağcabədi şəhər ərazisində qeydə alınıb.

"VAZ 2106" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində birinci maşın zərbənin təsirindən yol kənarında dayanan "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü hadisə yerində ölüb. "Opel" markalı avtomobilin sürücüsü, Saməddin adlı şəxs isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

15 Noyabr 2025