• Bakı 26° C

    7.21 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Peşə məktəblərinə müəllimlərin vakansiya seçimi başladı

CƏMİYYƏT

20 Avqust 2025 | 21:24

Peşə məktəblərinə müəllimlərin vakansiya seçimi başladı

2025-2026-cı il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.

Bu barədə Bakıvaxtı.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, test imtahanı mərhələsində uğur qazanaraq keçid balını keçən namizədlər 25 avqust tarixinədək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər. Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə 850 namizəd vakansiya seçiminə buraxılıb.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.


SON XƏBƏRLƏR

20 Avqust 2025