Türkiyə Müdafiə Nazirliyi Ukraynaya sülhməramlı qüvvələrin göndəriləcəyi iddialarına münasibət bildiriblər.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Bəyanatda bildirilib ki, Türkiyə regionda sülh və sabitlik yaradan və bu istiqamətdəki bütün təşəbbüslərə töhfə verməyə çalışan bir ölkədir:
Qeyd olunub ki, əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəs yaradılmalı, daha sonra dəqiq missiya tərifi ilə missiyanın çərçivəsi müəyyən edilməli, hər bir ölkənin nə dərəcədə töhfə verəcəyi müəyyənləşdirilməlidir.
"Hələ konkret əsaslara söykənməyən proqnozlar əsasında qiymətləndirmə aparmaq nə sağlam, nə də doğru olardı".
Mina Mikayılova