• Bakı 25° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Tovuzda zəhərlənən şəxslərin kimliyi bilindi - YENİLƏNİB

CƏMİYYƏT

21 Avqust 2025 | 00:47

Tovuzda zəhərlənən şəxslərin kimliyi bilindi - YENİLƏNİB

Tovuz rayonunda qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, 2021-ci il təvəllüdlü Ramil Tağıyev, onun qardaşı 2024-cü il təvəllüdlü Kamal Tağıyev, həmçinin 2002-ci il təvəllüdlü Nurtac Tağıyeva və 2010-cu il təvəllüdlü Eltac Tağıyev qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, həmin şəxslərin dönərdən zəhərləndiyi ehtimal olunur. Hadisə rayonun Əyyublu kəndində baş verib.

***

23:15

20.08.2025

Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

20 Avqust 2025