Muğlanın Milas rayonunda içində 8 nəfər olan şüşə lifli materialdan hazırlanmış qayıq batıb.
Bakıvaxtı.az bu barədə TRT Haber-ə istinadla xəbər verir.
Məlumata görə, hadisə zamanı 6 nəfər öz gücü ilə qayalara üzərək xilas olub. İtkin düşən 2 uşaq üçün dənizdə və havadan axtarış-xilasetmə əməliyyatı aparılır.
Əraziyə helikopter, dalğıclar və xüsusi qruplar cəlb olunub.
Əli Hüseynov