• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Makron: Fransa sentyabrın 22-də Fələstin dövlətini tanıyacaq

DÜNYA

20 Sentyabr 2025 | 09:12

Makron: Fransa sentyabrın 22-də Fələstin dövlətini tanıyacaq

Fransa sentyabrın 22-də Fələstini rəsmi olaraq dövlət kimi tanıyacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Fələstin prezidenti Mahmud Abbasla telefon danışığı zamanı deyib.

    Qeyd edək ki, Makron daha əvvəl Fələstin dövlətini iyulun 24-də tanıyacaqlarını açıqlamışdı.

    "Mən Fələstin Administrasiyasına tələblərimizi təkrarladım. Bununla əlaqədar prezident Abbas Fələstin Muxtariyyətinin yenilənməsi və gələcək Fələstin Dövlətinin sabitliyini təmin etmək üçün lazımi islahatları həyata keçirmək əzmində olduğunu bir daha bəyan etdi", - Makron deyib.

    Makron regionun təhlükəsizliyi və sabitliyi üçün üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edəcəklərini bəyan edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026