• Bakı 15° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Ərdoğan prezident seçilən Erhürmanı təbrik etdi

DÜNYA

19 Oktyabr 2025 | 22:45

Ərdoğan prezident seçilən Erhürmanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində qalib gələn Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürmanı təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan bu barədə X səhifəsində yazıb.

"ŞKTC-də keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə, bu gün prezident seçilən cənab Tufan Ərhürmanı təbrik edirəm. ŞKTC-nin demokratik yetkinliyini bir daha nümayiş etdirən, kiprli türk qardaşlarımızın iradəsini seçki qutusunda əks etdirən bu seçkinin ölkələrimiz və regionumuz üçün faydalı olacağına ümid edirəm. Türkiyə olaraq ŞKTC-nin suverenlik hüquq və mənafelərini kiprli türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) oktyabrın 19-da keçirilən prezident seçkilərində, ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürman qələbə qazanıb.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025
18 Oktyabr 2025