• Bakı 19° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Vaşinqtonda helikopter qəzası - 4 ölü

DÜNYA

20 Sentyabr 2025 | 09:14

Vaşinqtonda helikopter qəzası - 4 ölü

MH-60 Black Hawk helikopterinin Vaşinqton ştatında qəzaya uğraması nəticəsində ABŞ ordusunun 4 əsgəri həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, “Associated Press“ agentliyinin verdiyi məlumata görə, insident adi təlim missiyası zamanı baş verib.

Əsgərlər gecə tapşırıqlarını yerinə yetirən 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayının tərkibində olublar.

Qəzanın səbəbləri araşdırılır, həlak olanların adları daha sonra açıqlanacaq.


SON XƏBƏRLƏR

19 Sentyabr 2025