• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Dominikandakı səfirimiz etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTO

SİYASƏT

21 Avqust 2025 | 08:46 | Müəllif: Əli Hüseynov

Dominikandakı səfirimiz etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTO

Azərbaycan Respublikasının Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev avqustun 20-də etimadnaməsini Dominikan Respublikasının Prezidenti Luis Abinaderə təqdim edib.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə Azərbaycanın Dominikan Respublikasındakı səfirliyi məlumat yayıb.

Dominikan Respublikasının Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Dominikan Respublikasının Prezidenti Luis Abinaderə çatdırıb. Dövlət başçısının salamlarına görə, minnətdarlığını bildirən Dominikan Respublikasının Prezidenti öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

    Görüş əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.


    Dominikandakı səfirimiz etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTODominikandakı səfirimiz etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTODominikandakı səfirimiz etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026