• Bakı 23° C

    6.52 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Fələstinin Rusiyadakı səfiri: İsrail Avropada mövqelərini itirir

SİYASƏT

19 Sentyabr 2025 | 16:00

Fələstinin Rusiyadakı səfiri: İsrail Avropada mövqelərini itirir

İsrail tədricən Avropada mövqelərini itirməyə başlayıb və getdikcə daha çox dövlət Fələstini tanıyacaq. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl deyib.

Diplomatın sözlərinə görə, İsrail Avropa və ABŞ ilə münasibətlərini itirməyə başlayıb:

"Biz əminik ki, Avropa ölkələri, Avstraliya və Kanada Fələstini tanımağa başlayacaqlar, çünki onlar baş verənləri görürlər. İsrail bütün cəbhələrdə əlaqələri itirir".

Qeyd edək ki, Fələstin BMT-yə üzv olan 148 dövlət tərəfindən tanınıb. Fələstin səfirlikləri və daimi nümayəndəlikləri 95 ölkədə fəaliyyət göstərir. Rusiyanın hüquqi varisi olduğu Sovet İttifaqı da 1988-ci ildə Fələstin Dövlətini tanıyıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR