• Bakı 18° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Prezidentdən Şamil Rzayevlə bağlı SƏRƏNCAM

SİYASƏT

18 Oktyabr 2025 | 16:05

Prezidentdən Şamil Rzayevlə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yeni təyinat olub.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şamil Etibar oğlu Rzayev ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Qeyd edək ki, Ş.Rzayev 1974-cü ildə anadan olub. O, 2000-2001-ci illərdə ANAMA-da Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.

2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.


SON XƏBƏRLƏR