Pakistanda iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələrində ölənlərin sayı artıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, leysan yağışların səbəb olduğu daşqınlarda 730 nəfər ölüb, ən azı 1000 nəfər yaralanıb.
Həmçinin itkin düşənlərin axtarışlarının davam etdiyi bildirilib.
Mina Mikayılova