• Bakı 20° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb

DÜNYA

20 Sentyabr 2025 | 12:52

Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb

Avropa İttifaqı (Aİ) və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos "X"də yazıb.

O bildirib ki, Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşərək tərəfdaşlıq prioritetlərini irəli aparmağı müzakirə edib.

"Dayanıqlılıq və İnkişaf Planı çərçivəsində 202 milyon avronun ikinci ödənişini elan etdim və Baş nazirin müavini Mqer Qriqoryanla yeni Yüksək Səviyyəli Siyasət Dialoquna başladım",-deyə M.Kos vurğulayıb.

Xatırladaq ki, Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos bundan əvvəl - sentyabrın 18-də Azərbaycanda səfərdə olub. Onun Ermənistan səfəri isə sentyabrın 19-20-si üçün nəzərdə tutulub.

 


SON XƏBƏRLƏR

19 Sentyabr 2025