• Bakı 20° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs olundu

HADİSƏ

20 Sentyabr 2025 | 11:40

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs olundu

Zərdabda kriminal həyat tərzinin təbliği və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan əvvəllər məhkum olunmuş Rafiq Qurbanzadə saxlanılıb.

Ondan külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, R.Qurbanzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində daha 5 nəfər də tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.


SON XƏBƏRLƏR

19 Sentyabr 2025