• Bakı C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib -YENİLƏNİB

HADİSƏ

20 Oktyabr 2025 | 11:07

Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib -YENİLƏNİB

Oktyabrın 19-da 20:00 radələrində 4 nəfər (3 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, dəm qazının toksik təsiri diaqnozu təyin edilən 3 nəfərə Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1 nəfərə isə Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

    Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

    ***

    19 oktyabr, 21.37

    Gəncədə ana və üç övladı dəm qazından zəhərlənib.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, 1989-cu il təvəllüdlü Əminə Səmədova və üç övladı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

    Qadın başqa tibb müəssisəsinə azyaşlılar isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.

    Onların vəziyyəti stabildir.

    Faktla bağlı araşdırma aparılır./Teleqraf


    SON XƏBƏRLƏR

    08 Dekabr 2025