• Bakı C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Xaçmazda 44 yaşlı kişi güllələnib - tutulan var - YENİLƏNİB

HADİSƏ

20 Oktyabr 2025 | 11:32

Xaçmazda 44 yaşlı kişi güllələnib - tutulan var - YENİLƏNİB

Xaçmazda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bakıvaxtı.az xəbər verir ki, Xaçmaz rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.

    ***

    19 oktyabr, 20:46

    Xaçmazda qətl hadisəsi törədilib.

    Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

    Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır./Report


    SON XƏBƏRLƏR

    08 Dekabr 2025