Zaqatala rayonunda avtomobil qəzası olub, xəsarət alanlar var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 30 yaşlı Rəsul Corovun idarə etdiyi "Opel" və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ"da olan 4 yaşlı uşaq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.