Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, tədqiqatçı 83 yaşında Qazaxda dünyasını dəyişib.
Hazırda mərhumun nəşi dəfn olunması üçün Bakıya gətirilir.
Xatırladaq ki, Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyəsinin Yuxarı Körpülü kəndində anadan olub.
O, Müdafiə Nazirliyində Hərbi Elmi Mərkəzin hərb tarixi şöbəsində baş elmi işçi idi.
Mərhum 2023-cü il mayın 6-da Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdü.