“Fitch Ratings” beynəlxalq reytinq agentliyi İtaliyanın reytinqini “BBB”dən “BBB+” səviyyəsinə yüksəldib.
Bakıvaxtı.az xəbər verir ki, İtaliyanın ÜDM-nin 2025-ci ildə 0,6 faiz, gələn il isə 0,8 faizədək yüksələcəyi gözlənilir.
İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, bu göstərici hökumətin doğru yolda olduğunu təsdiqləyir. “Maliyyə göstəriciləri, məsul büdcə qərarları, artan məşğulluq sayəsində güclənən iqtisadiyyat: bunlar şüar deyil, konkret nəticələrdir. Bu, beynəlxalq bazarlardan inamın açıq siqnalıdır: siyasi sabitlik, etibarlı iqtisadi siyasət, iş yerləri və rifah yaradanlara dəstək öz bəhrəsini verir”, - deyə Baş nazir qeyd edib.