• Bakı 19° C

    14.65 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi prosesi geri dönülməzdir

DÜNYA

20 Sentyabr 2025 | 14:39

Paşinyan: Ermənistan Elektrik Şəbəkələrinin milliləşdirilməsi prosesi geri dönülməzdir

 "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi prosesi geri dönülməzdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş Müqaviləsi" partiyasının qurultayında çıxışı zamanı bildirib.

"Təəssüf ki, təcrübə göstərir ki, bəzən cərrahi tədbirlər də lazımdır", - o qeyd edib.

N.Paşinyanın sözlərinə görə, bu proses iki mümkün ssenaridən biri ilə gedəcək: birincisi - "Elektrik Şəbəkələri" milliləşdiriləcək və etibarlı özəl idarəetməyə veriləcək, tam olaraq dövlət mülkiyyətində qalacaq. İkincisi - şirkətin nəzarət səhm paketi nüfuzlu beynəlxalq menecerə veriləcək, lakin Ermənistan mühüm infrastrukturda strateji iştirakı üçün lazım olan qədər səhm saxlayacaq.

"Ölkə rəhbərliyi birinci ssenarinin xərclərinin həddindən artıq yüksək olduğunu görərsə, ikinci yolla addımlayacaq", - baş nazir vurğulayıb.


SON XƏBƏRLƏR

19 Sentyabr 2025