Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ölkənin Baş naziri Qombojavın Zandanşatarın istefası haqqında qərara veto qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Montsame News Agency" məlumat yayıb.
Bildirilib ki, oktyabrın 17-si keçirilən plenar iclasda səsvermə qaydaları düzgün tətbiq edilməyib və deputatların iştirakı düzgün hesablanmayıb.
"Bu prosessual pozuntular konstitusiyanın pozulmasıdır və qanunun aliliyi prinsipini sarsıdır", - Monqolustan Prezidenti qeyd edib.
Prezident administrasiyasından bildirilib ki, parlamentin Baş nazirin istefası haqqında qərarı ləğv edilib. Eyni zamanda, veto qoyulması isə müəyyən edilmiş qanunvericilik proseduruna uyğun olaraq yenidən nəzərdən keçiriləcək.