Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Ağ Evdə keçirilən rəsmi şam yeməyində iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə “futbol dünyası”ndan FIFA prezidenti Canni İnfantino da yer alıb. Qonaqlar sırasında amerikalı milyarder İlon Mask da olub.
Tramp zarafatla bildirib ki, oğlu Berron Ronaldo ilə tanış olduqdan sonra atasına daha çox hörmət etməyə başlayıb:
“Bilirsiniz, mənim oğlum Ronaldunun böyük azarkeşidir. Berron onunla görüşdü, düşünürəm ki, sizi ona təqdim etdikdən sonra mənə olan hörməti bir az da artdı”, – deyə Tramp gülüş sədaları altında bildirib.
Bakı 





