• Bakı 18° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Kallas Putinin Aİ-yə mümkün səfərindən narazıdır

DÜNYA

20 Oktyabr 2025 | 13:18

Kallas Putinin Aİ-yə mümkün səfərindən narazıdır

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampla görüşmək üçün Macarıstana mümkün səfərindən narazıdır. 

Bakıvaxtı.az Ukraynanın “Yevropeyskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə o, Avropa İttifaqının xarici məsələlər üzrə iclasından öncə jurnalistlərə bildirib.

“Budapeşt səfərinə gəlincə, əlbəttə, Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi verdiyi şəxsin Avropa ölkəsinə səfər etməsini görmək xoşagəlməzdir. Yenə də, sual ondan ibarətdir ki, bunun hər hansı nəticəsi olacaqmı?”, - Kallas deyib.

O, Aİ-nin Budapeştdəki hadisələrin gedişatını izləyəcəyini söyləyib və Rusiyanın “yalnız təzyiq altında olduğu zaman” danışıqlara razılaşdığını xatırladıb. 

Xatırladaq ki, oktyabr;n 16-da V.Putin və D.Tramp arasında telefon danışığı baş tutmuşdu. Bundan sonra ABŞ lideri Rusiya prezidenti ilə Budapeştdə görüşə biləcəklərini açıqlamışdı.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025