Ukrayna öz ərazilərindən qoşunların çıxarılması ilə bağlı mövqeyini dəyişməyib.
Bakıvaxtı.az-ın "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.
"Rusiyalıların fikri dəyişməyib: onlar bizim Donbasdan çıxmağımızı istəyirlər. Mən izah etdim ki, (ötən həftə Vaşinqtona səfər zamanı - red.) Ukraynanın bu kontekstdə mövqeyi dəyişməyib. Bunu həm ABŞ Prezidenti Donald Trampa, həm də onun xüsusi elçisi Stiv Uitkoffa izah etdim", - V.Zelenski jurnalistlərə bildirib.