Birləşmiş Ştatlarda suriyalı qaçqınlara verilən Müvəqqəti Qorunma Statusu (TPS) ləğv edilib. Bundan sonra Amerikada yaşayış hüququ olmayan suriyalı miqrantlar 60 gün ərzində ölkə hüdudlarını tərk etməyəcəkləri təqdirdə həbs və ya deportasiya ilə üzləşəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, yeni qərara əsasən, 2012-ci ildən bəri sözügedən hüquqi statusa malik olan 6 mindən çox suriyalının TPS-dən məhrum ediləcəyi bildirilir.
“Suriyadakı hazırkı vəziyyət daha həmin ölkənin vətəndaşlarının vətənlərinə qayıtmasına heç bir əngəl yaratmır”, - Daxili Təhlükəsizlik Nazirliyinin rəsmisi Trişa Maklaflin qeyd edib.