• Bakı 20° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Ruanda Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB

SİYASƏT

20 Sentyabr 2025 | 12:13

Ruanda Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB

Ruanda Prezidenti Pol Kaqame sentyabrın 20-də Şəhidlər xiyabanını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən Ruanda Prezidentinə Şəhidlər xiyabanının tarixi, şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

***

11:39

Azərbaycanda rəsmi səfərdə olan Ruanda Prezidenti Pol Kaqame sentyabrın 20-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Bakıvaxtı.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.


SON XƏBƏRLƏR

19 Sentyabr 2025