• Bakı 18° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

“Ramiz Mehdiyevin dilindən eşitmişəm ki, guya Heydər Əliyev ona söz verib...”- Sabiq müşavir

SİYASƏT

20 Oktyabr 2025 | 10:27

“Ramiz Mehdiyevin dilindən eşitmişəm ki, guya Heydər Əliyev ona söz verib...” - Sabiq müşavir

“Mənim müşavir vəzifəsindən uzaqlaşdırılmağımda Ramiz Mehdiyevin “müstəsna” xidmətləri olub. Ona Turan birliyi deyil, vəzifə lazım idi”.

Bunu Bakıvaxtı.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsinə münasibət bildirərkən deyib.

Q.Hüseynli qeyd edib ki, həmin vaxt R.Mehdiyev ümumi şöbənin müdiri olub:

“Amma o, zirvələrə can atırdı. Elə mənfur adam idi ki, kommunist dövründə ölkədə hakimiyyətdə birinciliyə can atırdı. Bunu onun dilindən eşitmişəm. Ramiz Mehdiyev deyirdi: “Heydər Əliyev söz verib ki, özündən sonra birinci katibliyi mənə həvalə edəcək, amma bu vəzifə mənə deyil, Kamran Bağırova “stavka” olundu. Bu hal Heydər Əliyevin mənə olan ertimadının az olmasını göstərdi”. O, vəzifəyə təyinat almayandan sonra Heydər Əliyevin əleyhinə o qədər təbliğatlar aparıb ki... Kamran Bağırovdan sonra vəzifəyə gələn Əbdürrəhman Vəzirovun masasının üzərinə Heydər Əliyevin əleyhinə çoxsaylı yazılar, məlumatlar qoyub. Çox mənfur tip idi. Eyni gündə onun ümumi şöbəyə müdir, mənim isə müşavirliyə təyinatım barədə fərman verildi. Həmin dövrlərdə çevrilişlər, qarışıqlıqlar, qeyri-formal dəstələrin Heydər Əliyevə hücumu olurdu”. Bu məsələdə Surət Hüseynovun adını xüsusi çəkmək lazımdır. O, baş nazir olduqdan sonra da gedib Gəncədə başqa bir hoqqa çıxarmışdı. Gəncənin icra başçısını həbs etdilər. Bakıda da Rövşən Cavadovla birlikdə anti-dövlət fəaliyyətini həyata keçirmək istəyirdilər”.

Q.Hüseynli əlavə edib ki, 4 oktyabr hadisələri zamanı onun fəaliyyəti nəticəsində hadisələr müsbət istiqamətə yön alıb:

“Heydər Əliyevə dedim ki, televiziya vasitəsilə xalqa müraciət etmək lazımdır. Onları Prezident Sarayanın ətrafına çağırmaqda fayda var. Mitinqi mən idarə edirdim. Orada çox əngəllər oldu, xülasə biz onu bacardıq. Amma Ramiz Mehdiyev otağından çıxmadı. Sonda gördü ki, mitinq baş tutdu, otağından çıxıb gəldi və heç kim onun üzünə baxmırdı. Çünki bilirdilər ki, ölkədəki vəziyyəti o qızışdırır. Bu mitinqin uğurlu keçməsindən sonra Heydər Əliyevin yanında hörmətim artdı. O, mənə təşəkkür etdi. Amma Ramiz Mehdiyev mənfur addım ataraq, gedib Heydər Əliyevi inandırmağa çalışıb ki, guya demişəm ki, mən olmasan, Heydər Əliyevi devirəcəkdilər. Amma mən qətiyyən belə bir söz deməmişdim. Sadəcə bu mənfur gedib, Heydər Əliyevi inandırmağa çalışıb”.

Hüseynli iddia edir ki, Mehdiyev Rusiyanın Azərbaycandakı agentura şəbəkəsinin başçısıdır:

“Bütün fəaliyyəti Rusiya maraqlarının Azərbaycanda təmin olunmasına yönəlib. Onda anti-Azərbaycan mövqeyi o qədər açıq hiss olunurdu ki... Həyat yoldaşı ermənidir. Özü də rus dilində danışırdı. Tipik regionçudur. Qərbi Azərbaycandan olanlara nifrəti vardı”.

Aydın Baxış


SON XƏBƏRLƏR

19 Oktyabr 2025