“Mən vaxtında Ramiz Mehdiyevin fəaliyyətini qiymətləndirmişəm. İndi qiymətləndirə bilmərəm”.
Bunu Bakıvaxtı.az-a sabiq spiker Yaqub Məmmədov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsinə münasibət bildirərkən deyib.
“Ramiz Mehdiyev vəzifədə olanda mən mediada fikrimi bildirmişəm. Akdemiyaya gələndə də münasibətimi bildirmişəm” deyən Y.Məmmədov hər zaman vəziyyətə uyğun öz fikrimi ortaya qoyduğunu bildirib.
Yaqub Məmmədov: Yıxılanı baltalamaq istəmirəm
Həmsöhbətimiz qeyd edib ki, daha deməyə sözü yoxdur.
“Yıxılanı baltalamaq istəmirəm”. İstintaq aparılır, görək sonu nə ilə bitir”, - deyə Yaqub Məmməsov əlavə edib.
Aydın Baxış