• Bakı 17° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

"Qayınanamla ağlaya-ağlaya ayrılmışıq" - Gülyanaq Məmmədova

ŞOU

19 Oktyabr 2025 | 19:16

Qayınanamla ağlaya-ağlaya ayrılmışıq - Gülyanaq Məmmədova

"Qayınanamın yanında olmaq arzusunda olmuşam. Türkiyədə yaşadığı üçün yanında ola, onunla yaşaya bilmədim. Məkanı cənnət olsun. Onun üçün indi də darıxıram, mənim üçün dəyərli olub".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" proqramında deyib. Müğənni mərhum qayınanasından danışıb kövrəlib:

"İşi ilə bağlı bura gələ bilmirdi. Qayınanamı anam qədər istəmişəm. Məni dünyaya gətirən anamdan onu seçməmişəm. Mənim baş tacım həyat yoldaşım onun övladı olub. Necə sevməyə bilərəm? Həm də gözəl insan olduğu üçün onu sevirdim. İşimlə bağlı gedə bilmirdim. Gedəndə də qayıtmaq istəmirdim. Ayrılanda ağlaya-ağlaya ayrılırdıq. O qədər onu öpürdüm ki... Elə oğul böyüdüb ki, mənim dəstəyimdir. Sənətçinin dəstəyi ailədən başlayır".

 


SON XƏBƏRLƏR

18 Oktyabr 2025