Məşhur “Limp Bizkit” qrupunun üzvü, bas gitarist Sam Rivers 48 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda qrupun sosial media hesabında paylaşım edilib:
“Bu gün qardaşımızı itirdik. Qrup yoldaşımızı, ürəyimizi… Sam bizim səsimizin və ruhumuzun ayrılmaz hissəsi idi. Onun enerjisini və mehribanlığını heç vaxt unutmayacağıq”.
Qeyd edək ki, Rivers sözügedən komandanın qurucu üzvlərindən biri idi və “Break Stuff”, “My Way”, “Nookie” kimi məşhur hitlərin səslənməsində mühüm rol oynayıb.
“Limp Bizkit” 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlində “nu-metal” janrının ən populyar qruplarından biri kimi tanınıb. Qrup “MTV Video Music Awards”, “Billboard Music Awards”, həmçinin “Grammy” nominasiyalarına layiq görülüb. Onların “Significant Other” və “Chocolate Starfish and the Hot Dog Flavored Water” albomları dünya miqyasında milyonlarla nüsxə satılıb.