• Bakı 18° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Nazirlik məlumat yaydı - yararsız döyüş sursatları məhv ediləcək

CƏMİYYƏT

20 Oktyabr 2025 | 09:40

Nazirlik məlumat yaydı - yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, 20-24 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025