• Bakı 18° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Astara sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 10:00-dan...

CƏMİYYƏT

19 Noyabr 2025 | 08:36

Astara sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 10:00-dan...

Bu gün Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a "Azərişıq"dan bildirilib.

Məlumata görə, Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 19 noyabr tarixində 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” hava xəttində təmir işləri aparılacaq.

    Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Çayoba, Əzərud, Kakalos, Kolatan, Lovayın, Pensər, Sım, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud kəndləri, Kijəbə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    "Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda bildirilir.


    SON XƏBƏRLƏR

    18 Noyabr 2025