• Bakı C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Bakıya səfər etmişdilər, ölkələrinə dönə bilmirlər

CƏMİYYƏT

19 Dekabr 2025 | 00:23

Bakıya səfər etmişdilər, ölkələrinə dönə bilmirlər

Bakıya səfər edən Şri-Lanka vətəndaşları olan ailə gözlənilməz təbii fəlakətə görə ölkələrinə qayıda bilmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı paylaşım edib.

Bildirilib ki, ölkələrində baş verən güclü leysan yağışları səbəbindən bütün aviareyslər təxirə salınıb.

Hazırda ailə başçısı gündəlik hotel xərclərini qarşılamağa çalışsa da, daimi yaşayış yeri və müntəzəm qida imkanı olmadığı üçün həyat yoldaşını daha təhlükəsiz mühitə yerləşdirmək qərarına gəlib. Ailənin xanımı sözügedən sığınacağa yerləşdirilib.

Ailə ilə bir dostları yaxından maraqlanır, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatı onların geri dönüşü üçün bilet təmin etmək istiqamətində iş aparır.


SON XƏBƏRLƏR

18 Dekabr 2025