• Bakı 19° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Tramp ABŞ-ın elit bölmələrini Venesuelaya GÖNDƏRİR

DÜNYA

19 Oktyabr 2025 | 13:44

Tramp ABŞ-ın elit bölmələrini Venesuelaya GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp Maduro administrasiyasına təzyiqi artırmaq məqsədilə Venesuela yaxınlığında Amerika qoşunlarının elit bölmələrini yerləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Söhbət 160-cı xüsusi təyinatlı aviasiya alayından gedir. “Gecə stalkerləri” kimi tanınan bu bölmə ABŞ xüsusi təyinatlı qüvvələrini münaqişə zonalarına yerləşdirməklə məşhurdur. Bunlara “Yaşıl beretlər”, “Dəniz pişikləri” və “Delta Force” xüsusi təyinatlıları daxildir. “Gecə stalkerləri” əməliyyatları zamanı “Little Birds” və “MH-60 Black Hawk” helikopterlərindən istifadə edirlər. Bu helikopterlər bu yaxınlarda Venesuela paytaxtından 800 km aralıda yerləşən Trinidad adasındakı təlim meydançasının yaxınlığında müşahidə edilib”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025