Məşhur türkiyəli müğənni İrem Derici xəstəxanalıq olub.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
Müğənni səhhətindəki problemə görə, konsertini ləğv etməli olduğunu açıqlayıb:
“Halsızlıq və şiddətli ishal səbəbilə günlərlə gözlədiyim Uşak konsertimi təxirə salmalı oldum. Həkim 5 günlük istirahət yazıb”.
Xatırladaq ki, müğənnin adı keçən həftə İstanbul prokurorluğunun tanınmış simalarla bağlı başlatdığı “narkotik əməliyyatı”nda da hallamışdı.
Saxlanıldığı gün nişan mərasimi planlaşdırılsa da, hadisələrə görə, məclis təxirə salınmışdı.