• Bakı 19° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

CƏMİYYƏT

19 Oktyabr 2025 | 15:15

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Qidalanma üzrə mütəxəssislər bildirir ki, 50 yaş və yuxarı şəxslər bəzi qidalardan uzaq durmalı və ya onları çox məhdud şəkildə istehlak etməlidir. Çünki yaş artdıqca metabolizma yavaşlayır, düyün və orqanların həssaslığı artır, bəzi məhsullar isə orqanizmə əlavə yük yaradır.

Milli.Az 50 yaşdan sonra azaldılması tövsiyə edilən qidaları açıqlayır:

1. Qızartmalar

Yüksək kalori və trans yağ ehtiva etdiyinə görə ürək-damar sağlamlığına zərər verir. Yerinə fırında, buxarda və ya ızgarada bişirmə üsulları seçilməlidir.

2. İşlənmiş hazır qidalar

Hazır pizzalar və dondurulmuş yeməklər çox miqdarda duz, şəkər və doymuş yağ ehtiva edir. Bu məhsulların yerinə təbii və təzə qidalar seçilməlidir.

3. Rafinə karbohidratlar

Ağ çörək, makaron və ağ düyü kimi məhsullar lif baxımından kasaddır və qan şəkərini sürətlə qaldıra bilər. Tam taxıllı məhsullar və paxlalılar daha faydalıdır.

4. Kolbasa - sossi məhsulları

Sucuq, sosis kimi işlənmiş ətlər yüksək sodyum və doymuş yağ daşıyır. Ürək sağlamlığı üçün istifadəsi minimuma endirilməlidir.

5. Alkoqollu içkilər

Müntəzəm alkoqol qəbulu qaraciyərə yük salır və müxtəlif xəstəlik risklərini artırır. Yalnız nadir hallarda və nəzarətli şəkildə qəbul edilə bilər.

6. Həddindən artıq duz

Duz istehlakı azaldılmalı, əvəzində cirə, sarımsaq, qara istiot kimi təbii ədviyyatlardan istifadə edilməlidir.

7. Hazır şirniyyatlar və qazlı içkilər

Qənnadı məhsulları və şirin qazlı içkilər boş kalori və zərəli yağlar ehtiva edir. Piylənmə və yüksək trigliserid riskini artırır.

8. Qırmızı ət

Proteinli olsa da, yüksək doymuş yağ tərkibi səbəbilə xolesterolu yüksəldə bilər. Balıq, bitki mənşəli proteinlər və yağsız ət ilə balanslaşdırılmalıdır.

9. Tam yağlı süd məhsulları

Yüksək yağ tərkibi kilo artımı və metabolik problemlərə səbəb ola bilər. Yağsız və ya bitki mənşəli alternativlər seçilməsi tövsiyə olunur.

Bəs nə yeyilməlidir? - Sağlam alternativlər

Meyvə və tərəvəzlər
Tam taxıllar və paxlalılar
 Zeytun yağı, avokado kimi sağlam yağlar
 Somon kimi omega-3 zəngin balıqlar
 Quru meyvələr - badam, qoz, fındıq
 Yaşıl çay və sarıkök - immuniteti gücləndirir, iltihabı azaldır/Milli.az


SON XƏBƏRLƏR

18 Oktyabr 2025