Rusiyanın Orenburq qaz emalı zavodu PUA hücumu səbəbindən Qazaxıstandan xammal qəbulunu müvəqqəti dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Energetika Nazirliyi yayıb.
“2025-ci il oktyabrın 19-da Orenburq qaz emalı zavodunda PUA hücumu nəticəsində qəza vəziyyəti yaranıb, nəticədə müəssisə Karaçaqanak yatağından xammal qazın qəbulunu müvəqqəti dayandırıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Rusiyanın Orenburq vilayətində qaz emalı zavoduna PUA hücumu edilib.